AZ

Azərbaycan Özbəkistanla da “Müttəfiqlik sazişi” imzaladı

Əliyevlə Mirzəyevin ümumilikdə 12 sənəd imzaladığı bildirilir

Avqustun 23-də Daşkənddə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə 12 sənəd imzalayıb.

Qeyd olunur ki,  iki dövlət arasında müttəfiqlik münasibətləri haqqında müqavilədən əlavə hökumətlər arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı, mədəni-humanitar əməkdaşlıq üzrə "Yol xəritəsi”, məktəbəqədər və ümumi təhsil, peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahələrində əməkdaşlıq haqqında protokollar, hüquqşünasların İxtisasının Artırılması Mərkəzi arasında əməkdaşlıq, Azərbaycanın Daxili İşlər Nazirliyi ilə Özbəkistanın Milli Qvardiyası arasında əməkdaşlıq haqqında saziş, o cümlədən, Özbəkistan ərazisində müvəqqəti işləyən Azərbaycan vətəndaşlarının və Azərbaycan ərazisində müvəqqəti işləyən Özbəkistan vətəndaşlarının əmək fəaliyyəti, hüquqlarının müdafiəsi haqqında Saziş, ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nı və digər sənədlər imzalanıb.

Prezidentlərin birgə mətbuat konfransında İlham Əliyev bildirib ki, onlar Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması ilə bağlı razılığa gəliblər.

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev isə deyib ki, aviareyslərin sayının artırılması, hava və yerüstü daşımalarla bağlı prosedurları maksimum sadələşdirmək zəruridir.

Onun sözlərinə görə, Azərbaycanda ilk görüşdə əməkdaşlığın 10 istiqaməti müəyyən olundu: "Bu müqavilələrin heç biri kağız üzərində qalmayıb. Real nəticələrimiz var. Bu gün biz 20 yeni istiqamət müəyyən etmişik”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
arqument.az

2Mənbələr