AZ

Övladlarınızla bağlı qərar verməkdə çətinlik çəkə bilərsiniz - BÜRCLƏR

Astroloqlar 26 avqust 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnozları təqdim edir:

Qoç:
Yaxın ətrafınızda baş verən hadisələr sizə təsir edə bilər. Müqavilələrinizi günün ilk yarısında imzalamağınız daha məqsədəuyğun olar. Bu gün planlaşdırdığınız məsələlərdə dəyişikliklərə hazır olun. Emosional sıxıntı hiss edə bilərsiniz. Sosiallaşaraq zehni yorğunluğunuzu aradan qaldıra bilərsiniz.

Buğa:
Gün ərzində borc ala bilərsiniz. Bu gün başlayacağınız işlər təsəvvür etdiyinizdən fərqli ola bilər. Maliyyə məsələlərində diqqətli olmanızda faydalı olardı. Şəxsi istedadlarınızdan istifadə etməkdə uğur qazana bilərsiniz. İşinizdə alacağınız yardım sizi rahatlaşdıracaq.

Əkizlər:
Münasibətləriniz bu gün gündəminizə təsir edə bilər. Diqqətinizi şəxsi olaraq sizin üçün vacib olan məsələlərə yönəldə bilərsiniz. Bəzi məsələlərdə məyusluqlar yaşaya bilərsiniz. Sizin üçün həssas olan məsələlərin öz axarı ilə getməsinə icazə vermək daha yaxşı olardı. Məsul olduğunuz məsələlərdə axsamalar yarana bilər.

Xərçəng:
Bu gün şərtlər gözlədiyiniz kimi olmaya bilər. Bəzi hadisələrdə çətinlik çəkə bilərsiniz. Biznesinizi yaxşılaşdırmağa cəhd edə bilərsiniz. Özünüzü məhdudlaşdırılmış hiss edəcəksiniz. 

Şir:
Gələcək gözləntilərinizlə bağlı qeyri-müəyyən vəziyyətlərlə qarşılaşa bilərsiniz. Gün ərzində sosiallaşaraq istirahət etməyi seçə bilərsiniz. Məsul olduğunuz məsələləri təfərrüatlandırmalı ola bilərsiniz. İşlərinizi yoluna qoymaq üçün kömək alacaqsınız. Axşam saatlarında planlarınızda pozuntular ola bilər.

Qız:
Gündəminizi iş həyatınızdakı məsuliyyətləriniz müəyyən edəcək. Həmkarlarınızla birlikdə üzərində işlədiyiniz işlərdə görə bilmədiyiniz çatışmazlıqlar ola bilər. Eşitdiyiniz xəbərlərə çox da inanmayın. 

Tərəzi:
Bu gün yeni başlanğıclar etmək istəyə bilərsiniz. Ancaq gözləntilərinizə cavab verməyən hadisələr baş verə bilər. Yad adamlarla bağlı məsələləri yekunlaşdırmaqda çətinlik çəkə bilərsiniz. Gün ərzində fikirlərinizi bölüşmək üçün dostlarınızla vaxt keçirmək sizin üçün yaxşı olacaq. Axşam saatlarında bəzi situasiyaları idarə edə bilməyəcəksiniz.

Əqrəb:
Bu gün sizi narahat edən məsələlər gündəminizə gələ bilər. İşinizi başa çatdırmaqda çətinlik çəkə bilərsiniz. Maliyyə məsələlərinizi təkrarən yoxlamaq sizin üçün faydalı olardı. Gün ərzində qeyri-müəyyən vəziyyətlər sizi narahat edə bilər.

Oxatan: 
Bu gün qarşı tərəfə özünüzü ifadə etmək üçün həddindən artıq səy göstərə bilərsiniz. Həyat yoldaşınızla aranızda olan məsələlər gündəminizə təsir edə bilər. Vacib məsələlərdə qəti qərarlar qəbul etməməlisiniz. İşlərinizdə qeyri-müəyyənliklər ola bilər. Birlikdə gördüyünüz işi təşkil etmək üçün diqqətinizi ona yönəldə bilərsiniz.

Oğlaq:
İş həyatınızdakı məsuliyyətlər sizi yora bilər. Həmkarlarınızın dəstəyinə ehtiyacınız ola bilər. Gün ərzində əmək tələb edən fəaliyyətlər ön plana çıxacaq. 

Dolça:
Bu gün sevdiyiniz şeylərə vaxt ayırmaq istəyə bilərsiniz. Boş vaxtlarınızı dostlarınızla keçirmək sizi gündəlik işinizdən yayındıracaq. Hobbilərinizə vaxt ayıra bilərsiniz. Övladlarınızla bağlı qərar verməkdə çətinlik çəkə bilərsiniz. 

Balıqlar: 
Bu gün ailənizlə bağlı keçmişdə qalan məsələlər ortaya çıxa bilər. Aydın olmayan söhbətlər heç bir nəticə verməyəcək. Təhlükəsizliyə diqqət yetirməkdə fayda var. Daşınmaz əmlakla bağlı qərarlar vermək üçün münasib gün deyil. İşinizdəki stress sizi yora bilər.

Zərifə Nağıyeva 

Seçilən
112
8
unikal.az

10Mənbələr