AZ

Onlayn əmək müqaviləsi necə imzalanır?

Modern.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti onlayn əmək müqaviləsinin imzalanması ilə bağlı vacib məqamlara aydınlıq gətirib. Xidmətin məlumatına görə, işəgötürən tərəfindən tərtib olunaraq işçiyə ötürülən əmək müqaviləsi “Əmək və Məşğulluq” altsisteminə yerləşdirilir.

Vətəndaş müqaviləni imzalamaq üçün aşağıdakı addımları atmalıdır:

- ƏMAS platformasında şəxsi kabinetə daxil olur;

- “Onlayn əmək müqaviləsi” başlığına klik edib “Onlayn əmək müqaviləsi reyestri”, daha sonra “Təsdiq gözləyən əmək müqavilələri” bölməsinə keçid edir;

- Açılan bölmədə müqavilə ilə tanış olduqdan sonra onu imzalaya, imtina edə və ya geri göndərə bilər;

- İmzalamaq istədikdə növbəti bölməyə keçid edərək rəqəmsal imzalarla müqaviləni imzalamış olur.

 

Seçilən
68
5
modern.az

6Mənbələr