AOC şirkəti yeni orta büdcəli monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC U32V5N adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 31.5 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 123%-ni, NTSC rəng diapazonunun 113%-ni, DCI-P3 rəng diapazonunun isə 103%-ni əhatə edir. Monitor özündə HDMI və DisplayPort 1.4 girişlərini birləşdirir. AOC U32V5N artıq Çində satışa çıxıb və onun qiyməti 224$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta