AZ

Namizəd Aydın Əbilovun moderatorluğu ilə Açıq seçki müzakirələri. Ziyalılar, ictimai liderlər, şəhid ailələri və qazilərin iştirakı ilə

Azərbaycan seçki mədəniyyətində ilk: Açıq seçki debatı baş tutub.26 avqust 2024-cü il tarixində Milli və Vətən qəhrəmanları, ictimai xadimlər, QHT sədrləri, zyalılar, yazarlar və gənclərin iştirakı ilə açıq seçki debatı baş tutub.İctimai müzakirə zamanı 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən Aydın Əbilovun moderatorluğu ilə cəmiyyətin müxtəlif təbəqələrinin seçkilərlə bağlı fikirləri dinlənilib, mülahizələr irəli sürülüb, təkliflər səsləndirilib.Yeri gəlmişkən, paytaxtın – Yasamal rayonunun yerli sakinləri ictimai xadim, deputatlığa namizəd Aydın Əbilovla məhsuldar tədbirlər davam edir. Milli Məclisə növbədənkənar seçkilərdə 17 Saylı Yasamal 3-cü Seçki Dairəsindən namizəd olan tanınmış ictimai xadim, YYSİB sədri Aydın Əbilov yerli sakinlərin çoxsaylı xahişlərini nəzərə alaraq, onların böyük bir hissəsi ilə görüşüb.Yerli bakılılar, ağsaqqallar, ağbirçəklər, eləcə də yeni nəslin nümayəndələri, gənclər, həmçinin, şəhərimizin qonaqları ictimai xadim, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü, TV ekspert kimi tanıdıqları və layiqli namizəd olaraq qəbul etdikləri Aydın Əhməd oğlu Əbilova (Aydın Xan) öz səmimi arzularını, xeyir-dualarını, ürək sözlərini, təkliflərini çatdırdılar, uğurlar diləyir, layiqli namizəd olaraq ona səs verəcəklərini dilə gətirirlər.Cəmiyyətin müxtəlif təbəqələrinin əhatə edən yerli sakinlərin sosial-məişət problemləri, xüsusi mülkiyyətlə bağlı şikayətləri, işsizlik, bəzi yerli məmurların onlara qarşı soyuq münasibəti və başqa məsələlər Aydın Əbilovun seçki qərargahının nümayəndələri tərəfindən qeydə alınır.Eyni zamanda Azərbaycan cəmiyyətinin tanınmış simaları, ictimai xadimlər, müxtəlif peşə sahibləri, vəkillər, mədəniyyət adamları, həkimlər Aydın Əbilovun namizədliyini dəstəkləyərək Yasamal seçkilərinə səslənir, video müraciətləri edirək layiqli namizədə səs vermələrini xahiş edirlər.17 Saylı Yasamal Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Aydın Əhməd oğlu Əbilov ictimai vəkillikdən millət vəkilliyinə aparan şərəfli ömür sahibidir. Onun seçkiqabağı əsas şüarları bunlardır: Səs verək ki, səsimiz hüququmuza çevrilsin! Aydınlı sabahlara: Milli Məclisi beyin mərkəzinə çevirək!17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən layiqli namizəd Əbilov Aydın Əhməd oğlu (Aydın Xan) Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Analitik-İnformasiya Mərkəzinin rəhbəri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi və direktoru, www.yenimedia.net portalının baş redaktoru, www.youtube.com/c/YenimediaTVaz   İnternetüstü YeniMedia TV-nin yaradanı kimi tanınır.QHT sədrinin seçki platforması aşağıdakı əsas istiqamətlərdə fəaliyyətləri əhatə edir:Qanunların aliliyi, məmur və varlıların özbaşınalığına son, sosial bərabərlik, intellektual inkişaf, elmi-texniki tərəqqi, elmlə təhsilə xüsusi diqqət və Azərbaycanın hüquqi dövlət kimi inkişafı naminə fəaliyyətləri genişləndirmək;Şəhid ailələrinin üzvləri və qazilər üçün iş yerlərinin kvota ilə müəyyənləşdirilməsi: dövlət və özəl qurumlarda onlar üçün ayrıca iş yerlərinin ayrılması;Evsiz ailələrə 2 faizli kritik sosial ipoteka ayrılması üçün xüsusi proqramın hazırlanması və reallaşdırılması;Yasamal rayonu problemlərinin həlli istiqamətində davamlı işlərin görülməsinə nail olmaq;Paytaxt Bakının xaotik yüklənməsinin qarşısı alınması ilə bağlı planların hazırlanması, onun həyata keçirilməsinə çalışmaq;Yaşlı nəslin qayğılarını öz üzərinə götürəcək sosial xidmətlərin təşkilinə gerçəkləşdirmək;Uşaqlar və gənclərin əlaçatan təhsil imkanlarını genişləndirilməsi, eləcə də gənc nəslin normal qidalanması, istirahəti və karyera imkanlarının artırılması ilə rəsmi dövlət proqramın qəbuluna nail olmaq;Gənclər arasında narkomaniya, tütün məhsullarından istifadə kimi zərəli vərdişlərlə sivil metodlardan yararlanmaqla mübarizənin artırılması;Süni qiymət artımı, işsizlik, ekoloji böhran, şaytaxtın təbiətinə vurulan zərər, Bakı və Abşerondakı göllərin qurudulmasına qarşı cəmiyyətin və dövlət orqanlarının birbaşa müdaxiləsi ilə ictimai nəzarətin gücləndirilməsi;İşsiz gənclərlə bağlı dövlətin xüsusi proqramının qəbulu və orada paytaxt, Yasamal rayonu gəncləri üçün kvotaların ayrılması;Qadınların iş saatının azaldılması: işləyən xanımların ailə üzvlərinə və uşaqlarına baxdıqları üçün işə 1 saat gec gəlsin, eləcə də işdən 1 saat tez çıxa bilsin;Ailə böhran təsisatları, eləcə də gənclər üçün uğur və karyera mərkəzlərinin yaradılması;Şəhər mərkəzində söküntüsü gedən məhəllələrin sakinlərinin həmin ərazilərdə mənzil və iş yerləri təmin edilməsinə nail olmaq;Paytaxtda tikilən hündürmərtəbəli binaların 1-ci mərtəbəlində mülkləri sökülmüş yerli sakinlərə iş yerlərinin açılması üçün minimal qiymətlərlə qeyri-yaşayış sahələrinin ayrılmasına çalışmaq;Təhsil, elm, səhiyyə, mədəniyyət və dövlət qulluqçularının əmək haqlarının ölkədəki mövcud qiymətlərə uyğunlaşdırılması;İcbari Tibbi Sığorta ilə bağlı problemlərin aradan qaldırılması və əhalinin sağlamlığına xüsusi dövlət qayğısının artırılması;Parlament və dövlət təsisatında islahatların aparılması, Milli Məclisin daha çox ictimai-siyasi müzakirələr meydanına çvirmək, gələcəkdə cəmiyyətin daha çox təbəqələrinin əhatələmək üçüç ikipalatalı beyin mərkəzi kimi fəaliyyətinə çalışmaq;Dövlət qurumları və sisteminə parlamentin ictimai-siyasi nəzarətini artırmaq və s…17 saylı Yasamal 3-cü Seçki Dairəsinin ərazisi:https://www.infocenter.gov.az/Hududlar/s=17

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
4
asiya.az

5Mənbələr