AZ

Bakı ilə Yerevan arasında atəşkəslə bağlı ziddiyyət

Yayımlandı: 28 Avqust 2024 12:34 Biri digərini təkzib edir Avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozduğu qeyd olunur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, Ermənistan ordusu Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Ermənistan Müdafiə Nazirliyi xəbəri təkzib edib. Qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin sərhəd zonasının cənub-qərb hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı həqiqətəuyğun deyil. Nazirlik həmçinin bildirib ki, Ermənistanın Baş nazirinin ofisi atəşkəsin pozulması hallarının və/və ya onlar haqqında məlumatların araşdırılması üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib. Azərbaycan tərəfi hələ də bu təklifə reaksiya verməyib. Sonuncu dəfə atəşkəs avqustun 19-da pozulmuşdu. 2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib. 2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb. Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib. Hazırda bu sahədə danışıqlar davam edir. Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir. Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
xural.com

3Mənbələr