Yayımlandı: 28 Avqust 2024 15:21 Ölkə başçıları razılaşdırılmış sənədlərin icrasından da danışıblar Avqustun 28-də Azərbaycanın Prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putinin telefon danışığı olub. Məlumatı Kremlin saytı yayıb. Qeyd olunur ki, ölkə başçıları Vladimir Putinin Bakı səfərində əldə olunmuş razılaşmaların ardıcıl surətdə həyata keçirilməsinin Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə verəcəyini vurğulayıblar: “Müzakirə Cənubi Qafqazda mövcud vəziyyətin müxtəlif aspektləri, o cümlədən, Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası və demarkasiyası və iki dövlət arasında nəqliyyat əlaqələrinin açılmasına dair davam etdirilib. Bununla əlaqədar, Rusiya tərəfi müvafiq qarşılıqlı məqbul həllərin işlənib hazırlanmasında Bakı və Yerevana hər cür yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib”. Həmçinin şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb. Avqustun 18 və 19-da Azərbaycanda olan Rusiyanın dövlət başçısı Vladimir Putin Azərbaycanla Rusiya arasında “Müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında” Bəyannamənin uğurla yerinə yetirildiyini bildirmişdi. Rusiya rəhbəri həmçinin demişdi ki, ölkəsi Bakı ilə Yerevan arasında münasibətlərin nizamlanmasında hər iki tərəf üçün vacib olduğu qədər iştirak etməyə hazırdır. Meydan TV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta