AZ

Tovuzda korrupsiya əməliyyatı: iki vəkil cinayət məsuliyyətinə cəlb olundu

Yayımlandı: 28 Avqust 2024 18:32 İlkin istintaq dövrü üçün onların barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib Tovuz rayon Vəkil Bürosunun müdiri Rəşad Abdullayev və həmin büronun vəkili Süleyman Əliyev cinayət məsuliyyətinə cəlb olunub. Onlar avqustun 26-da Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Tovuzda keçirdiyi əməliyyat-axtarış nəticəsində saxlanılıb. Bu barədə Baş Prokurorluq və Vəkillər Kollegiyası birgə məlumat yayıb. Rəşad Abdullayev bəzən birbaşa, bəzən də Süleyman Əliyevlə birlikdə müxtəlif adamlara məhkəmədə baxılan işlər üzrə vəzifəli şəxslərin qərarına qanunsuz təsir göstərə biləcəklərini deyib, onların xeyli pulunu almaqda ittiham olunur. Rəşad Abdullayev və Süleyman Əliyevə qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham elan olunub. İlkin istintaq dövrü üçün onların barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Vəkillər Kollegiyası da onların haqqında araşdırma aparır. Büro müdiri və digər vəkil haqqında istintaq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində gedir. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
xural.com

1Mənbələr