AZ

Cənubi Koreya prezidenti "Telegram"da cinsi cinayətlərin araşdırılmasına çağırdı

Cənubi Koreya "Telegram"a qarşı mövqeyini sərtləşdirməyə qərar verib. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ölkə prezidenti Yoon Seok Yeol messencerdə koreyalı qadınların açıq-saçıq foto və videolarının olduğunu bildirən media nəşrlərindən sonra cinsi cinayətlərin daha ətraflı araşdırılmasına çağırıb.

"Bu, anonimliyin qorunmasına əsaslanan texnologiyanın istismarıdır. Bu açıq-aydın cinayətdir", deyə Yoon Seok Yeol bildirib.

Agentlik həmçinin bildirib ki, Koreya Rabitə Standartları Komissiyası çərşənbə günü cinsi dərin saxtakarlıqla mübarizə tədbirlərini müzakirə etmək üçün görüşməyi planlaşdırır.

"Telegram"ın yaradıcısı Pavel Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gedib.

Fransa polisi "Reuters" agentliyinə bildirib ki, iş adamı "Telegram"da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur. Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə idarələri tərəfindən araşdırılır.

Prokurorluq aydınlaşdırıb ki, Durov 12 cinayətdə ittiham olunan "adı açıqlanmayan şəxs"lə bağlı aparılan istintaq çərçivəsində dindirilir. İş iyulun 8-də açılıb.

Samir
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
9
hit.az

10Mənbələr