Bu gün saat 04:00-da Qızılburun - Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb
News365.az xəbər verir ki, hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.
Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.