AZ

KTMT-nin qərargah rəisi Qərbi Cənubi Qafqazda gərginlik yaratmaqda qınadı

Yayımlandı: 29 Avqust 2024 14:53 Elxan Mehdiyev: “Andrey Serdyukov ABŞ və Fransanı nəzərdə tutur” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov avqustun 29-da keçirdiyi brifinqdə deyib ki, Qərb Cənubi Qafqazda təsirini artırmağa çalışır. Onun sözlərinə görə, regionda vəziyyət gərgin olaraq qalır: “Əsasən həll edilməmiş ərazi məsələləri və Qərbin Cənubi Qafqazda təsirini artırmaq istəyi ilə bağlı ziddiyyətlərin yüksək səviyyəsi xüsusi narahatlıq doğurur”. Qərargah rəisi həmçinin deyib ki, Mərkəzi Asiya regionunda beynəlxalq terrorizm, ekstremizm, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni yayılması ilə bağlı risklər və çağırışlar yüksək səviyyədədir: “Bu da təşkilata üzv dövlətlərdə sabitliyə əsas təhlükə yaradır” Konfliktoloq Elxan Mehdiyev Meydan TV-yə deyir ki, Andrey Serdyukov ABŞ və Fransanı nəzərdə tutur. Onun fikrincə, KTMT rəsmisi Qərb dövlətlərinin Ermənistanda fəallaşması baxımından belə açıqlama verib: “Çünki hər iki dövlət Ermənistana hərbi-təhlükəsizlik baxımından müdaxilələr edir. Ermənistan hökuməti də Rusiya ilə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT), həm də ikitərəfli münasibətlərdə əlaqələri aşağı səviyyədə saxlayır. Bu baxımdan Moskva Ermənistanda Fransa və ABŞ-nin rolunun artdığını görür, buna görə narahatdır”. “Gürcüstan isə NATO və Avropa Birliyinə üzvlükdə mövqeyini tam dəyişməyib. Nəhayət, Bakı və Yerevan arasında sülh müqaviləsi imzalanmayıb. Ona görə  Andrey Serdyukovun belə bəyanat verməsi reallığı müəyyən dərəcədə əks etdirir və o, Rusiyanın maraqlarından yanaşır. Təbii ki, Moskva öz təsir dairəsinə başqa ölkələrin müdaxiləsini gərginlik kimi qəbul edir”, – deyə Mehdiyev qeyd edib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
xural.com

1Mənbələr