Ukrayna vəd edilən bütün “Patriot” sistemlərini almayıb.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.
O deyib ki, Kiyev hələ də müttəfiqlərinin təmin edəcəyinə söz verdiyi bütün “Patriot” sistemlərini almayıb.
Kulebanın sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə tədarüklər arasında “boşluq” var: “Ona görə də mən öhdəlik götürmüş bütün tərəfdaşları nəhayət ki, öhdəliklərini yerinə yetirməyə çağıracağam”.
Almaniya, ABŞ, Rumıniya və Niderland Ukraynaya “Patriot” batareyalarının tədarükünü elan ediblər. Açıq məlumatlara görə, yalnız iyulun əvvəlində Almaniyadan “Patriot” sisteminin təhvil veriləcəyi məlumdur.