AZ

"Azərbaycanın gücü Türkiyənin qüdrəti, Türkiyənin gücü isə Azərbaycanın qüdrətidir”

Image

Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Yaşat” Fondu və “Sahibkarlar və Türkiyə və Azərbaycan Sənayeçiləri” (TÜİB)” İctimai Birliyinin birgə həyata keçirdiyi “Qardaş ailə” proqramı çərçivəsində Ankaraya gəlmiş Qarabağ müharibəsi şəhidlərinin bir qrup qohum və yaxınlarını qəbul edib.Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak da iştirak edib.

Türkiyəli nazir vətənlərinin ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda mübarizədə qəhrəmancasına canlarından keçmiş Azərbaycan övladlarının xatirəsini ehtiramla yad edib. “Azərbaycan oğulları torpaqlarını geri qaytarmaqla əsl vətənpərvərlik nümayiş etdirdilər. Bu qəhrəmanlar türklərə yaraşan hərəkət ediblər. 44 günlük müharibədə Azərbaycanın şanlı ordusunun əldə etdiyi böyük qələbə Azərbaycan xalqının onilliklər boyu üzləşdiyi ədalətsizliyə son qoydu. Bu qələbə həm də işğal dövründəki qanunsuzluqlara göz yumanların hamısına cavab oldu”, - deyə Güler bildirib.

Y.Gülər bildirib ki, türk xalqının iradəsini qırmağa heç kimin gücü çatmaz. “Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək bütün dünyaya göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin olunmasında əvəzsiz amildir. Azərbaycanın gücü Türkiyənin qüdrəti, Türkiyənin gücü isə Azərbaycanın qüdrətidir”, - deyə türkiyəli nazir vurğulayıb.

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
3
baki-xeber.com

4Mənbələr