Xəbər verdiyimiz kimi, avqustun 26-da “Kapital Bank” ASC-nin buraxılış həcmi 30 milyon ABŞ dollar həcmində olan, subordinasiya olunmuş istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
İstiqrazların abunə yazılışı sentyabrın 24-nə kimi 30 gün ərzində davam edəcək. Yerləşdirməsi isə sentyabrın 26-da Bakı Fond Birjasında baş tutacaq. Fiziki şəxslər bankın filiallarına yaxınlaşaraq abunə yazılışında iştirak edə bilərlər. Həmçinin qeyd edilən tarixdə abunə yazılışında yerləşdirilmiş məbləğlərə əlavə olaraq məbləğin 3 faizi həcmində günlük gəlir hesablanacaq. Eyni zamanda, istiqraz alışı ilə bağlı bütün xərclər “Kapital Bank” tərəfindən qarşılanacaq.
Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7 faiz, faizlərin ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Ətraflı məlumat üçün: https://kbl.az/dix