AZ

Vacib sənəd İMZALANDI: Növbəti delimitasiya prosesi bu ərazidən BAŞLAYACAQ - ŞƏRH

Vacib sənəd İMZALANDI: Növbəti delimitasiya prosesi bu ərazidən BAŞLAYACAQ - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.

Bəs növbəti delimitasiya mərhələsi hansı ərazidən başlayacaq? Mövzunu Sonxeber.az-a şərh edən hərbi ekspert Səxavət Məmmədov bildirib ki, delimitasiya prosesinin növbəti mərhələsinin olma ehtimalı olduğu bildirilir:

"Ən azından sözüügedən istiqamətdə hansısa bir iş görülüb. Düşünürəm ki, növbəti mərhələ yenə də Qazax istiqamətində ola bilər. Hətta Zəngilan və Arazboyu istiqamətdən baş versin. Razılıq əldə olunsa da indiki mərhələdə bunun baş tutacağı gözlənilmir. Çünki xüsusi bir gərginlik var. Bu gərginliyə görə hansısa bir prosesin olma ehtimalı indiki mərhələdə gözlənilən deyil. Olacağı təqdirdə Qazaxın məlum kəndləri və Naxçıvanın Kərki anklavı ilə bağlı olma ehtimalı son dərəcə yüksəkdir. Amma bu olacaqmı? İndidən bu suala cavab vermək mümkün deyil. Çünki atəşkəsin pozulması hallarının sayı artıb. İki ölkə arasında gərginlik var. Hər iki tərəf bir-birini ittiham edir. Bütün bunların fonunda indiki mərhələdə yaxşı nəyinsə olacağını gözləmirəm".

Qeyd edək ki, sözügedən sənədin imzalanması ilə bağlı Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası məlumat yayıb.Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1260
13
sonxeber.az

10Mənbələr