AZ

İrəvan hökuməti açıq-aşkar zamana oynayır: Ermənistan konstitusiya dəyişikliyinə gedərsə...

 Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib. O, hökumətin bu sənəd üzərində təcili yox, detallı işləyəcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında sülh müqaviləsinin yalnız Ermənistan konstitusiyasının dəyişəcəyi təqdirdə imzalana biləcəyini elan edib.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Ermənistan tərəfinin konstitusiya və referendum məsələsini 2027-ci ilədək uzatması onu göstərir ki, İrəvan hökuməti açıq-aşkar zamana oynayır və manipulyasiya edir.

Ekspertin sözlərinə görə, artıq ortada sülh məsələsi, danışıqların davam etdirilməsi yoxdur:

"Çünki Ermənistan özü də yaxşı bilir ki, sülh müqaviləsinin imzalanması üçün ən etibarlı və zəruri addım referendumun keçirilməsi, qonşulara ərazi iddiaları yer alan mövcud konstitusiyanın dəyişdirilməsidir. İrəvan fərqindədir ki, bu məsələ həll olmadan sülh sazişinin imzalanması qeyri-mümkündür. Rəsmi Bakı bununla bağlı konkret mövqeyini ortaya qoyub. Hətta hansısa formada sülh müqaviləsi imzalansa belə Ermənistan konstitusiyasından üstün sənəd sayılmayacaq və istənilən anda asanlıqla pozulacaq”.

Samir Hümbətov: Ötən zaman da Ermənistanın silahlanmasına və sülhdən qaçmasına xidmət edir

Müsahibimiz qeyd edib ki, İrəvan hökuməti bəzən sazişi "konstitusiyadan üstün sənəd" kimi təqdim etməyə çalışsa da, reallıq o cür deyil. İndiki vəziyyətdə prinsip etibarilə sülh sazişi ilə atəşkəs haqqında bəyannamənin heç bir fərqi yoxdur”.

S.Hümbətov bildirib ki, Ermənistan konstitusiyasında dəyişiklik edərsə, imzalanacaq sülh sazişi etibarlı və qalıcı olar:

“Ancaq İrəvan bunu etməyə tələsmir, prosesi yubadır. Ya hansısa kənar dövlətlər Ermənistanı buna məcbur edirlər, ya da Paşinyan hökuməti özü yaranmış vəziyyətdən faydalanmaq niyyəti güdür. Ötən zaman da Ermənistanın silahlanmasına və sülhdən qaçmasına xidmət edir".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
2
bakivaxti.az

10Mənbələr