AZ

Dizel mühərrikini hidrogenə çevirdilər

Ekoloji təmiz avtomobil yzü ildir bütün mühəndislərin arzusudur. Bunun üçün əksəriyyət elektromobilə keçidi tövsiyə edir. Lakin tez bir zamanda və kütləvi keçid hələ real görünmür. Digər tərəfdən köhnə mirasdan da tezliklə qurtulmaq mümkün deyil. Lakin layihələr də var. 

Avtosfer.az xəbər verir ki, Avstraliyada professor Şoun Kukun rəhbərlik etdiyi komanda köhnə Dizel mühərrikini hidrogenə uyğunlaşdırıb. Hidrogen mühərrikləri bir qayda olaraq benzin mühərrik kimi işləyir. Lakin professor burada dəyişiklik edib. Yeni mühərrikdə yanacaq sıxma ilə alışır. Yəni sıxma taktı icra olunduqdan sonra silindrə dizel yanacağı ilə paralel olaraq hidrogen də püskürdülür və alışma baş verir. Nəticədə işlənmiş qazlar daha təmiz çıxır. 
Təxminən 2 illik zəhmətdən sonra mütəxəssislər 90% hidrogen və 10% dizel yanacağı qarışığı ilə işləyən mühərrik əldə edə biliblər. mühərrikin faydalı iş əmsalı cəmi 26%  (müasir dizellərdə 43-45%) olsa da, ətraf mühitə atılan dəm qazının həcmini 86% azaltmaq mümkün olub.
Layihənin geniş tətbiqi milyonlarla dollar sərmayə tələb edir.

Vüqar

Seçilən
112
26
avtosfer.az

10Mənbələr