AZ

“Bank Respublika”ya aid sığorta şirkəti işçilərini kütləvi ixtisar edir

Bakı Sığorta” şirkəti ötən ildən etibarən işçilərin ixtisarını davam etdirir.  “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, 2023-cü ilin əvvəlində sığorta şirkətindən 100 artıq işçi çalışdığı halda ilin sonunda işçilərin sayı 83 nəfərə kimi azaldılıb.

Bu ilin birinci rübündə işçilərin sayını 69 nəfərə, ikinci rübdə isə 51 nəfərə qədər azaldıb. Ümumilikdə, “Bakı Sığorta” ötən ilin əvvəlindən indiyə kimi 54 nəfəri, bu il isə 32 nəfəri ixtisar edib.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə  yaradılıb. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Onun səhmlərinin 93,32%-i “Bank Respublika”ya, 6,68%-i isə “Ekolizinq” MMC-yə aiddir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
6
busaat.az

7Mənbələr