AZ

Hərbi hissənin yanacaq xidmətinə rəhbərlik etmiş polkovnik həbs olundu

Yayımlandı: 30 Avqust 2024 19:27 Rüstəm Məmmədli külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birinin yanacaq xidmətinin sabiq rəisi Rüstəm Məmmədli həbs olunub. Ehtiyatda olan polkovnik-leytenant Rüstəm Məmmədli külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin Meydan TV-yə verdiyi məlumata görə, Rüstəm Məmmədliyə Cinayət Məcəlləsinin 32.3, 179.3.2 (külli miqdarda mənimsəmədə iştirakçılıq), 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib. Foto: Firad Əliyevin şəxsi arxivindən Hərbi Prokurorluğun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə Rüstəm Məmmədli barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib. “Hazırda istintaq davam edir və qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”, – Firad Əliyev bildirib. Rüstəm Məmmədlinin ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
xural.com

1Mənbələr