AZ

Türkiyə Prezidenti Ankarada Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 30-da Ankarada Qarabağ müharibəsi şəhidlərinin bir qrupunun ailə üzvləri ilə görüşüb.

 

Senzor.az bildirir ki, görüş Milli Müdafiə Universitetinin Hərbi Akademiyasında diplomların təqdim edilməsi mərasimindən sonra olub.

 

Türkiyənin dövlət başçısı 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlara Allahdan rəhmət diləyib. Şəhid ailəsi üzvlərinin bir-bir əlini sıxan Ərdoğan, “Bütün şəhidlərimizin məkanı cənnət olsun” deyib.

 

Türkiyə lideri şəhid ailəsi üzvlərini Prezident Kompleksinin ərazisində Zəfər bayramı münasibətilə təşkil olunan  konsert proqramına dəvət edib.

 

Rəcəb Tayyib Ərdoğan daha sonra Azərbaycandan gələn heyət üzvləri ilə birgə şəkil çəkdirib.

 

Yeri gəlmişkən, sentyabrın 2-dək davam edəcək səfər çərçivəsində 4-cü Ordu komandanlığının qərargahında, Prezident Administrasiyasında, eləcə də Türkiyənin Gənclər və İdman Nazirliyində də şəhid ailələri ilə görüşlər planlaşdırılıb.

 

Səfər proqramına, həmçinin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsi və ev-muzeyinə ziyarətlər daxildir. Bundan əlavə, şəhid ailələri Türkiyə paytaxtının Cebeci bölgəsində şəhid olan türk əsgərlərinin məzarlığını ziyarət edəcəklər. Hacı Bayram Vəli məscidində Azərbaycan və Türkiyə qəhrəmanlarının xatirəsinə dualar oxunacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
2
senzor.az

7Mənbələr