AZ

Bu gün seçki günüdür

Bu gün Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.

Seçkilərdə 25 siyasi partiyanın 305 nümayəndəsi namizəd kimi iştirak edir. Namizədlərdən 371 nəfərin də siyasi partiya mənsubiyyəti olmasına baxmayaraq, partiyalar tərəfindən irəli sürülməyib.

Ümumilikdə 6 421 960 seçicinin səsə verməsi üçün 6478 seçki məntəqəsi (6343 daimi, 135-i müvəqqəti seçki məntəqəsi) fəaliyyət göstərəcək.

Parlament seçkiləri ilk dəfə Azərbaycanın azad olunmuş ərazilərində də keçiriləcək. Azad olunmuş ərazilərdə 34-ü daimi, 20-i müvəqqəti olmaqla, 54 seçki məntəqəsi fəaliyyət göstərəcək. 119 seçki dairəsinin əhatə edən 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

Parlament seçkilərini 112 749 nəfər yerli, 598 nəfər beynəlxalq müşahidəçi (51 qurumdan, 69 ölkənin vətəndaşları) izləyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
10
xalq.az

10Mənbələr