AZ

101 yaşlı seçici səs verdi - FOTO

Sumqayıt şəhərində 101 yaşlı seçici səs verib.

Milli.Az-ın Report-a istinadən məlumatına görə, 44 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydiyyatda olan ən yaşlı seçici, 1923-cü il təvəllüdlü Zəri Həsən qızı Xudiyeva səsvermə hüququndan istifadə edib.

Qeyd olunub ki, Zəri Xudiyevanın evinə həmin dairənin 16 saylı seçki məntəqəsindən daşınan seçki qutusu aparılıb və o, səs verib.

Sumqayıt şəhəri üzrə seçicilərin 3641 nəfərinin yaşlı nəslin nümayəndəsi olduğu bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
8
milli.az

9Mənbələr