AZ

“Hakimiyyətimiz dövründə turizmə strateji sahə kimi baxdıq və...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Bizim hakimiyyətimiz dövründə turizmə strateji sahə kimi baxdıq və inqilabi addımlar atdıq” deyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İstanbulda “Rixos” Tərsanəsinin açılış mərasimindəki çıxışında ölkə başçısı bunları söyləyib: “Bizim səylərimiz nəticəsində İstanbul mədəniyyət və konqres turizmi baxımından dünyanın ən sevimli yerlərindən birinə çevrilib.

Hakimiyyətimiz dövründə turizmə strateji sahə kimi baxdıq və inqilabi addımlar atdıq.

2002-ci ildə Türkiyəyə gələn turistlərin sayı 13 milyon olduğu halda, 2023-cü ilin sonuna bu rəqəm 56 milyon 700 min nəfərə çatıb.

2023-cü ilin ilk 6 ayında 21,6 milyard dollar olan turizm gəlirimiz bu ilin eyni dövründə 9,3 faiz artaraq 23,7 milyard dollar olub.

2002-ci ildə 8,5 milyard dollardan miras qalan turizm gəlirlərimizi 2023-cü ildə 56 milyard dollar həddinə yüksəltdik.

2024-cü ilin sonuna kimi 60 milyard dollar turizm gəliri və 60 milyon turist hədəfimizi qoruyuruq”.

Seçilən
129
1
sia.az

10Mənbələr