AZ

"Telegram"da seks qalmaqalı: tələblərin şəkilləri və səsləri ilə kütləvi seks görüntüləri yayılır

Cənubi Koreyada süni intellektlə yaradılan “saxta cinsi məzmunlu görüntülər” ölkədə hiddət doğurub.

Mia.az xarici mətuata istinadla xəbər verir ki, proqram vasitəsilə istənilən şəxs haqqında saxta seks görüntülərin hazırlanaraq yayılmasından sonra yayıldığı "Telegram"la bağlı ölkədə cinayət işi açılıb, istintaq başlayıb.

Məsələ ilə bağlı açıqlama verən Milli İstintaq İdarəsinin rəhbəri Voo Jong Soo bildirib ki, "Telegram" onlara belə saxta videolara təcili müdaxilə edəcək dəstəyi vermir: "Bu səbəbdən həmin saxta videolara zamanında müdaxilə etmək mümkün olmur. Halbuki, "Telegram" insanların özündən xəbərsiz barələrində belə seks videolarfının hazırlanaraq yayılamaısnın qarşsının alınmasında daha çox maraqlı ollmaldıır. Heç kim insanların şəxsi həyatlarına toxuna və buna şərait yarada bilməz. Artıq bu sosial şəbəkə ilə bağlı araşdırma başlayıb...".

Xatırladaq ki, ölkədə əksəriyyəti qadın olan şəxslərin səsləri ilə şəkilləri saxta seks videoları hazırlanaraq yayılır. Artıq bu iyrənc kampaniya məktəb və universitetlərə də sirayət edib: "Saxta seksual görüntüləri yayılanların çoxu isə bu səbəbdən depresiya düşüblər..."

Xəbərdə o da deyilir ki, hazırda Seul Mərkəzi Rayon Məhkəməsi 28 yaşlı şəxs haqqında cinayət işinə baxır: "Həmin şəxs təxminən 400 "deepfake" videosu hazırlamaqda və internetdə 1700-ə yaxın belə görüntü yaymaqda təqsirli bilinir...".

Samir Musayev

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
9
mia.az

10Mənbələr