AZ

İmişlidə 17 yaşlı qızın keçirilməsi planlaşdırılan toyu təxirə salınıb, təhsilinə davam etməsi üçün tədbirlər görülür - YENİLƏNİB

İmişli rayonu Məzrəli kəndində planlaşdırılan erkən nikahın qarşısı alınıb, yeniyetmənin təhsilinə davam etməsi üçün müvafiq tədbirlər görülməkdədir.

APA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb.

"Bir daha qeyd edirik ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən evlilik hallarına cəhd olunarsa qarşısı qətiyyətlə alınacaq!", - deyə o qeyd edib.

***

16:58

İmişli rayonunda yeniyetmənin toyunun olması barədə sosial şəbəkədə yayılan məlumat polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
9
apa.az

10Mənbələr