AZ

Polis müdaxilə etdi: 17 yaşlı qızın toyu təxirə salındı

İmişlidə polisin müdaxiləsi ilə toyu təxirə salınan 17 yaşlı qızın təhsilə davam etməsi üçün tədbirlər görülür.Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.Qeyd edilib ki, rayonu Məzrəli kəndində planlaşdırılan erkən nikahın qarşısı alınıb."Bir daha qeyd edirik ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən evlilik hallarına cəhd olunarsa qarşısı qətiyyətlə alınacaq!" - deyə, komitədən vurğulanıb.***İmişli Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra rayonda 17 yaşlı qızın toyu təxirə salınıb.Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.Qeyd olunub ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub.Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və bəhs edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
37
mediaxeberleri.az

10Mənbələr