AZ

Azərbaycan-Malayziya əlaqələri müzakirə olundu

Sentyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Malayziya Senatı sədrinin müavini Nur Cazlan Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, görüş zamanı Azərbaycan-Malayziya ikitərəfli və çoxtərəfli əlaqələri, Milli Məclisə növbədənkənar seçkilər prosesi və nəticələri, habelə regional məsələlər müzakirə olunub.

Nazir bu ilin əvvəlində keçirilmiş prezident seçkiləri kimi, parlament seçkilərinin də azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı ilə bağlı tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Prezident seçkilərindən sonra parlament seçkilərinin də ilk dəfə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərini əhatə etməsinin tarixi bir məqam olduğu vurğulanıb. Seçkilərin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam cavab verən, yüksək səviyyədə təşkili üçün müvafiq şəraitin yaradıldığı qeyd olunub.

Seçilən
58
24
publika.az

10Mənbələr