"Erməni cəmiyyətində birmənalı şəkildə "Türk sənin düşmənindir" təbliğatı aparılır. Hər bir yeni doğulan erməni körpə bu ideologiyada tərbiyə olunur, onların gələcək həyat tərzində dünyada yaşayan bütün türklərə düşmən kimi yanaşmaq əksini tapır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.O bildirib ki, erməni cəmiyyətində türkə qarşı nifrət, dünyada yaşayan türklərə qarşı terror fəlsəfəsi fonunda uşaqlarını yetişdirmək yer alır: "Bu baxımdan Ermənistanda ASALA, Daşnaksütyun kimi terror təşkilatları var ki, bunların həm siyasi, həm də hərbi qanadları var. Onların məqsədlərinə çatmaqda əsas meyar terrordur.Birləşmiş Ştatlardakı tələbə gəncin türklərə qarşı, xüsusilə də Azərbaycana qarşı nəzərində tutduğu terror aksiyasını həyata keçirməsi haqqında məlumatların əldə edilməsi, partlayıcı maddələri səfərbər etməsi təsadüfi deyil. Buna Ermənistan xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılan planın tərkib hissəsi kimi baxmaq məqsədəuyğundur. Azərbaycanın xaricdəki səfirlərinə qarşı da bu cür siyasi terrorla bağlı tədbirlər görülürdü. Hətta səfirliklərimizə qarşı hücumlar da olmuşdu, bayrağımız təhqir olunmuşdu. Bu, Ermənistan, onların xüsusi dövlət orqanları tərəfindən, xaricdə yaşayan erməni diasporu tərəfindən planlı şəkildə həyata keçirilən bir tədbirdir. Hesab edirəm ki, bu cür hadisələr kortəbii baş vermir, dünyada anti-Azərbaycan əhval-ruhiyyəsi formalaşdırmaq məqsədi üçün edilən plandır.Ümumilikdə Ermənistan Azərbaycanla dinc yaşamaq prinsipinə əməl etmək istəmir. Ermənistan rəhbəri Paşinyan dinc, yanaşı yaşamaq prinsipinə görə sülh sazişinə getmir. Hər vəchlə Azərbaycanla sülh sazişindən imtina edir. Bunun fonunda sülh sazişini uzatmaqla bəhanələr gətirərək hərbi cəhətdən güclənmək istəyir. Başda Birləşmiş Ştatlar olmaqla Qərbi öz arxasına alıb Azərbaycana həm siyasi, həm də hərbi cəhətdən təzyiqlər etmək istəyir, sürətlə silahlanmağa üstünlük verir. Paralel olaraq beynəlxalq aləmdə Azərbaycanı psixoloji müharibəni aparmaqda günahlandırır"."Birləşmiş Ştatlarda tələbənin Azərbaycan səfirlərinə, diplomatlarına qarşı terror planının həyata keçirilməsinə, ABŞ-dakı xüsusi xidmət orqanları, təhlükəsizlik xidmətləri acizlik nümayiş etdirir. Bir tələbə bu cür terror həyata keçirmək üçün plan qurursa, partlayıcı maddələrin əldə edilməsi və diplomatik korpusun yerinin müəyyən edilməsi kimi işlər görürsə, xüsusi xidmət orqanları bu tələbəni tapıb qanun qarşısında məsuliyyət daşıması üçün heç bir fəaliyyət göstərmir. Birləşmiş Ştatlar dünyanın ayrı-ayrı bölgələrində kəşfiyyat işləri görür, məşhur terrorçunun yerini müəyyən edib cəzalandıra bilir, amma hansısa bir erməni tələbənin yerini aşkar edə bilmir. Burada bir qədər şübhə yaranır. Görünür ki, Birləşmiş Ştatlar da bu işə seyrçi yanaşır. ABŞ da erməni terroruna göz yummaq istəyir.Ermənistanı himayə edən dövlətlər Azərbaycana qarşı edilən hörmətsizliyə adekvat cavab vermir. Bu, onu göstərir ki, Birləşmiş Ştatlar və Ermənistanı himayə edən Qərb dövlətləri də bu terror fəaliyyətinə göz yummaqda maraqlıdırlar. Bu baxımdan belə münasibətlər dövlətlər arasında beynəlxalq normalara ziddir. Eyni zamanda Azərbaycanla gələcəkdə fəaliyyət göstərəcək dövlətlərarası siyasi münasibətlərə təsir edə bilər. Bir tələbə terrorçunun tapılması Birləşmiş Ştatlar üçün böyük problemdirsə, burada bir qədər şübhə doğuran məqamlar yaranır. Bu cür terror aktlarının arxasında Ermənistan dövlətinin əlinin olması şübhəsizdir.Bir faktı qeyd etmək istəyirəm ki, türk diplomatlarına qarşı edilən terrorda terrorçunu azadlığa buraxdıqdan sonra həmin terrorçu Ermənistanda peyda olur. Həmin şəxs bu yaxınlarda Ermənistanda kilsənin etiraz aksiyalarında öndə gedən şəxslərdən olub. Yəni bu cür faktlar kifayət qədər cəmiyyətimizə məlumdur. Ümumilikdə dünyada baş verən erməni terrorunun arxasında Ermənistan dövlətinin xüsusi xidmət orqanları dayanır" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə