AZ

“Azneft”in dərin dəniz özülündə baş verən yanğın nəticəsində 64 yaşlı kişi həyatını itirib

“Azneft”in

2 sentyabr 2024-cü il tarixində “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.

1news.az “Azneft”ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib. Allahdan mərhuma rəhmət diləyir, doğmalarına başsağlığı veririk.
Hazırda hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
49
1news.az

10Mənbələr