AZ

İspaniya klubunun futbolçusu polis tərəfindən saxlanılıb

İspaniyanın "Valensiya" klubunun futbolçusu Rafa Mir cinsi təcavüzdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

"Far.Az" "Relevo"ya istinadən xəbər verir ki, 27 yaşlı oyunçu hazırda polis bölməsindədir və hadisə ilə bağlı ifadəsi alınacaq.

İspaniyalı futbolçu iki qadının polisə rəsmi şikayəti əsasında bazar ertəsi saxlanılıb.

Qeyd edək ki, icarə əsasında "Valensiya"da çıxış edən Rafa Mir cari mövsüm iki matçda meydana çıxıb. O, müqavilə ilə "Sevilya"ya məxsusdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
far.az

10Mənbələr