AZ

Livanın cənubunda BMT əməkdaşı yaralanıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) ölkənin cənubunda silahlı hücum nəticəsində bir əməkdaşının yaralandığını açıqlayıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, UNIFIL-in sözçünün müavini Candice Ardell verdiyi açıqlamada, "İşçilərimizdən biri UNIFIL-də xidmət edən İspaniya birləşməsində xidmət edərkən açılan atəş nəticəsində yaralanıb" - deyib.

Bunun son iki gündə UNIFIL bölməsinə ikinci hücum olduğuna diqqət çəkən Ardell, dünən eyni bölgədən keçən İspan bölməsinin yaxınlığında atəş açıldığını və uçan daşların maşınlardan birinə dəydiyini bildirib.

Livanın cənubunda İsrail və "Hizbullah" arasında davam edən qarşılıqlı atəşdən mülki şəxslərin, o cümlədən UNIFIL işçilərinin ciddi şəkildə təsirləndiyinə diqqət çəkən Ardell, mülki insanlara zərər verən və bölgədəki UNIFIL əsgərlərinin vəzifələrini təsir edən qarşılıqlı hücumların dayandırılması lazım olduğunu qeyd edib.


Bu arada Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun cənubdakı Markaba qəsəbəsinə təşkil etdiyi hava hücumu nəticəsində 4 nəfərin yaralandığı bildirilib.

Açıqlamaya görə, yaralılardan biri xəstəxanaya çatdırılıb, digər 3 nəfər isə yüngül xəsarət alıb.

Hizbullah İsrailin şimalındakı hərbi hədəflərə 6 hücum təşkil etdiyini açıqlayıb.

8 oktyabr 2023-cü ildən İsrail ordusu ilə Livan "Hizbullah"ı arasındakı sərhəd xəttində qarşıdurmalar və qarşılıqlı hücumlar davam edir.

QAZİLER.AZ

Seçilən
126
19
qaziler.az

10Mənbələr