AZ

Olimpiya iştirakçısını sevgilisi yandırdı

Bu gün, 23:07



Kişi uqandalı idmançının üzərinə alışan maddə tökərək onu yandırıb.Lent.az xarici mediaya istinadən bildirir ki, Paris Olimpiadasında yarışdıqdan bir ay keçməmiş Rebekka Çepteqey Keniyada xəstəxanaya yerləşdirilib və dəhşətli hadisədən sonra həyatı üçün mübarizə aparır. Məlumata görə, onun sevgilisi Dikson Ndiema uqandalı idmançının üzərinə tez alışan maddə tökərək yandırıb.Çepteqey bədəninin 75 faizini əhatə edən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun patrnyorunun da yanıq xəsarətləri alıb. Onun hərəkətinin səbəbi hələlik açıqlanmayıb.33 yaşlı Çepteqey Uqandanı Paris Olimpiadasında marafonda təmsil edib və 2:32:14 nəticə ilə 44-cü olub. O, həmçinin 10.000 metr məsafəyə qaçışda və yarım marafonda iştirak edib.скачать dle 12.1

Seçilən
2
avromedia.az

1Mənbələr