Bakıda yaşayış binasının damı uçub, mənzil yararsız vəziyyətə düşüb.
Publika.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.
Hadisə nəticəsində evdəki əşyalar yerlə bir olub. Ev sahibi Məmmədəli Hümmətov bildirib ki, mənzildə olan hər şey sıradan çıxıb.
Dağlı küçəsi, ev 24-ün 30 illik sakini Məmmədəli Hümmətov hadisə baş verən an evdə olduğunu deyir.
Onun sözlərinə görə, 119 yaşlı ikimərtəbəli yaşayış binasının qəzalı vəziyyətdə olması ilə bağlı rəy 2000-ci ildə verilsə də, binanın 60-a yaxın sakini hələ də burada yaşayır.