AZ

Aleksandr Oşçepkovun Azərbaycandan olan yükvuran fəhlə haqqında çəkdiyi fotoşəkil beynəlxalq müsabiqənin qalibi olub

Novosibirskdən olan Aleksandr Oşçepkovun azərbaycanlı Rza Rzayevin təsvir olunduğu fotoşəkil Andrey Stenin adına X Beynəlxalq Fotojurnalistika Müsabiqəsində “Portret. Dövrümüzün Qəhrəmanı” nominasiyası üzrə qalib olub. SİA xəbər verir ki, yubiley müsabiqəsinin qaliblərinin adları Moskvada açıqlanıb.

Novosibirskdən olan Aleksandr Oşçepkovun şəhərdə qəza zamanı uşaqları qaynar sudan keçirən yükvuran fəhlə, Rza Rzayev haqqında əsəri “Uşaqlar qorxur, mən isə özüm atayam” adlanır.

Xatırladaq ki, bu il yanvarın 17-də Novosibirsk şəhərinin Lenin rayonunun Plaxotnı küçəsində kommunal fövqəladə hal baş verib. Hadisə şahidlərinin sözlərinə görə, qaynar su fəvvarəsi 7-ci mərtəbəyə çatıb, ən yaxın yollar isə çaya çevrilib. Novosibirsk sakini, azərbaycanlı Rza Rzayev su basmış yolayrıcının üzərindən improvizə edilmiş keçid düzəldib uşaqları və böyükləri qucağında təhlükəli ərazidən keçirib, ümumilikdə 20-dən çox insanı öz sağlamlığını riskə ataraq aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
sia.az

5Mənbələr