AZ

Şuşaya qayıdan sakin: 30 yaşımda çıxarıldığım doğma yurduma 65 yaşımda qayıdıram

Otuz yaşımda çıxarıldığım doğma yurduma 65 yaşımda qayıdıram. Şükür ki, bu günləri də görmək bizə nəsib oldu.



NUHÇIXAN-ın məlumatına görə, bunu Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Gültəkin Kərimova jurnlistlərə müsahibəsində deyib.
Ağır köçkünlük həyatından bəhs edən Şuşa sakini bu cür şəraiti yaratdığına görə ölkə başçısına minnətdarlığını bildirib: "Mən Şuşada müəllim işləmişəm. O dəhşətli gündən sonra məcburi köçkün həyatımızı Bakıda Bilgəh qəsəbəsində yerləşən pansionatda yaşamışıq. Sevinirəm ki, öz doğma yurduma qayıdıram. Kədərlənirəm ki, bu illər ərzində doğmalarımızı itirdik, şəhidlər verdik. Şuşanı görmək arzusu ilə doğmalarımız həyatdan köçdülər.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
nuhcixan.az

3Mənbələr