AZ

Dünya və Avropa çempionu olmuş futbolçu Avstraliya klubuna keçib

İspaniya millisinin heyətində Avropa və dünya çempionu olmuş Xuan Mata karyerasını Avstraliyada davam etdirəcək.



NUHÇIXAN-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi "Uestern Sidney Uonderers"də çıxış edəcək.
Qeyd edək ki, İspaniyada "Valensiya", İngiltərədə "Çelsi", "Mançester Yunayted" və Türkiyədə "Qalatasaray" kimi klubların formasını geyinmiş Mata 2009-2016-cı illər aralığında İspaniya yığmasında çıxış edib. O, 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionatının qalibi olub.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
9
nuhcixan.az

8Mənbələr