AZ

“Azərbaycan üçün iqlim dəyişmələrinə qarşı qlobal yanaşma mühüm prioritet məsələlərdən sayılır” - ÖZƏL

"Dinamik inkişaf yolunu keçən Azərbaycan dünyada sayılıb-seçilən, hörmət olunan dövlətə çevrilib. Dünya ölkələri regional və qlobal problemlərin həllində Azərbaycanla hesablaşmağa çalışırlar. Bunun bariz nümunəsi olaraq bu ölkəmizdə keçiriləcək COP29 tədbirini qeyd etmək olar".

Bu fikirləri "Olaylar"a Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib. 

Fuad Hüseynzadə deyib ki, hazırda Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən ölkəmizdə COP29-a çox ciddi hazırlıq gedir: "Bu baxımdan COP29 Sədrliyinin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin təsirləri ilə mübarizə sahəsində dəstək məqsədilə Bakı Qlobal İqlim Şəffaflığı Platformasına start verməsi xüsusi qeyd edilməlidir. Çox müsbət haldır ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının işə salınmasını alqışladığını bildirib. Bu bir daha İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının qlobal əhəmiyyətini göstərir. Göründüyü kimi, Azərbaycan ərazisində iqlim dəyişmələrinə qarşı qlobal yanaşma mühüm prioritet məsələlərdən sayılır. Ümumi olaraq iqlim dəyişmələrinə uyğunlaşma və mübarizə ölkəmiz üçün də çox vacib əhəmiyyət kəsb edən fəaliyyət sahəsinə çevrilib. Dövlətimizin məqsədi bəşəriyyəti iqlim dəyişmələri risklərindən qorumaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
olaylar.az

1Mənbələr