AZ

“Orta dəhlizin bel sütunu – Azərbaycan”… –Mərkəz növbəti layihəsini yekunlaşdırıb

Qafqaz Araşdırmalar Mərkəzi” İctmai Birliyi (İB) Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Orta dəhlizin bel sütunu – Azərbaycan” layihəsini yekunlaşdırıb.

Təşkilatdan Azpost.info-ya verilən məlumata görə, layihənin əsas məqsədi Orta Dəhliz adlanan beynəlxalq kommunikasiya dəhlizində Azərbaycanın yeri və rolu haqda araşdırma aparmaq, ölkəmizin bu layihədə əhəmiyyətini göstərməkdən ibarət olub.

Qeyd olunur ki, bu məqsədlə Orta Dəhliz haqqında müxtəlif resurslarda araşdırma aparılıb, yerli və beynəlxalq ekspertlərin fikirləri toplanaraq sistemləşdirilib.

Məlumatda bildirilir ki, layihə çərçivəsində Orta Dəhlizdə iştirakçı ölkələrin maraqları, prosesə cəlb olunacaq maliyyə resursları, problemlər və risqlər haqqında tədqiqat aparılıb və ingilis dilində geniş hesabat hazırlanıb.

“Hesabatın ABŞ və Avropa ölkələrində birgə təqdimatının keçirilməsi üçün Türkiyə və Azərbaycan disapor təşkilatları ilə əlaqələr qurulub, onun təqdim olunacağı aparıcı beyin mərkəzlərinin dairəsi müəyyənləşdirilib”, – təşkilatdan verilən məlumatda qeyd olunur.

Bildirilir ki, layihə haqqında yerli və xarici mətbuatda, sosial şəbəkələrdə informasiyalar yerləşdirilib, onlayn televizyalarda müzakirələr təşkil olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
azpost.info

3Mənbələr