AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - Ötən günlərin problemlərinin fəsadlarını aradan qaldırın. Ruhdan düşməyin, aktiv olun. Pozitiv düşüncə çətinliklərin effektiv həllinə imkan verəcək. Fiziki və mənəvi qüvvələrinizi bərpa edə bilərsiniz.

Buğa - Maraqlandığınız işlərlə məşğul olun. Haqqınızı tapdalayan və ya hüquqlarınıza müdaxilə edən insanın cavabını verin. Ərazinizə kimsə soxularsa, onu qovub çıxarın. Qorxaqlıq etməyin, cəsarətli davranın. Yaxın ətrafınızdakı insanlar qüvvənizi boş yerə sərf etdiyinizi desələr də, bu adamlara qulaq asmayın.

Günün ikinci yarısında pulları necə gəldi, xərcləməyin. Bədxərclik etməyin. Axşam saatlarında evdən kənarda istirahət edin. Bir qədər relaksa dalın, gəzintiyə çıxın.
 

Əkizlər - Günün ilk yarısı çətin və qarışıq zamandır. Sizə sakit işləməyə imkan vermir, diqqətinizi yayındırırlar. Tək qalmalı, müstəqil işləməli, yaşananları təhlil etməlisiniz. Narahatlıq apogey nöqtəsinə çatanda yaxın ətrafınızdakı insanlardan uzaqlaşın.

Xərçəng - Günün ilk yarısı uğurludur. Diqqətin maksimum yönəlməsini tələb edən ciddi işlə məşğul olmaq mümkündür. Bununla yanaşı, izafi intellektual və fiziki səyləri ehtiva etməyən cari, rutin işlər də pis keçməyəcək.

Şir - Günün ilk yarısında maraqlı və önəmli işlə məşğul olmağa başlasanız, vaxtınız pis keçməyəcək. Baş verənlərə rəğmən əhvalınızı korlamayın. Tənbəllik və süstlük etməyin. Belədə yaxın ətrafınızdakı insanlar sizi sərt tənqid edəcəklər. Üstəlik, bədbinliyə qapıla bilərsiniz.

Qız - Mühüm saydığınız işlərdə uğurlar olacaq, əlverişli zamandır. Sevdiyiniz insanlarla münasibətlərdə həssas və qayğıkeş olun. Münaqişə, ixtilaf və mübahisələri unudun. Yeni, ümumi maraqlar yaranacaq.

Tərəzi - Bilik və bacarıqların artırılması, dünyagörüşünün genişləndirilməsi üçün münasib zamandır. Yeni informasiyaları çətinlik çəkmədən əxz edirsiniz. Önəmli məlumatı yadda saxlayın.

Əqrəb - Mühüm və ciddi işlə məşğul olmaq üçün əlverişli zamandır. Bir qədər əvvəl hazırladığınız, amma reallaşdırmadığınız planların gerçəkləşdirilməsinə başlamaq olar. Yaranan situasiyalardan asılı olmayaraq məntiqli davranın. Nə deməyi və nə etməyi bilin. Sizi çoxdan tanıyan, amma yetərincə dəyərləndirməyən insan fikrini dəyişəcək. O, yaxşı tərəfdaş və etibarlı müttəfiqə çevrilə bilər.

Oxatan - Çətinliklər barədə çox düşünməyin, özünüzü ruhdan salmayın. Günün vəd etdiyi imkanlardan yararlanın. Doğrudur, bütün problemləri dərhal həll etmək mümkün olmasa da, qətiyyətli olun, ardıcıl fəaliyyət göstərin. Bunun sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz.

Oğlaq - Asan olmayan qərarlar qəbul etmək zamanıdır. Yaranmış situasiyanı diqqətlə təhlil edin. Durumun mənfi və müsbət yönlərini dəyərləndirin. Heç nə özbaşına dəyişən deyil. Fəaliyyətə başlayın, aktiv olun.

Dolça - Müsbət təmayüllərin təsiri güclənəcək. Bədxah və ya rəqiblər istəsələr belə, işlərinizə mane ola bilməyəcəklər. Çoxdan bəri görmək istədiyiniz, darıxdığınız insan barədə xoş xəbər alacaqsınız. Bir zamanlar güclü hisslər bəslədiyiniz fərdlə görüş də istisna deyil. Qırılmış əlaqələri, sərinləmiş münasibətləri bərpa etmək olar.

Balıqlar - Günün ilk yarısı maraqlı və xoş zamandır. Yaxın ətrafınızdakı insanlar barədə yeni məlumatlar əldə edəcəksiniz. Bacarıq və biliklərinizi nümayiş etdirin. Ötən günlərdə yaranan ixtilaflar və münaqişələri sonuclandırın. Dəyər verdiyiniz insanların qəlbini qırmayın.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
36
mia.az

10Mənbələr