Cəlilabadda yanğın zamanı tüstüdən zəhərlənən 5 yaşlı R.İ-nin vəziyyəti ağır olaraq qalır.Asiya.az xəbər verir ki, bu barədə APA-nın cənub bürosuna Cəlilabad rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinin həkimi Arzu Cəfərli bildirib.Qeyd edilib ki, 8 sentyabr 2024 - cü il saat 14:20 radələrində 2019 təvəllüdlü azyaşlı qadın cinsli xəstə tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub: "Təxirəsalınmaz qaydada xəstə reanimasiya şöbəsinə yerləşdirilib, intensiv reanimasion yardım tədbirləri icra olunub. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicə və müşahidə davam edir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta