AZ

Zəngəzur dəhlizi İran və Rusiya kimi iki dostu üz-üzə qoyub

“Zəngəzur. Tarixi Azərbaycan ərazisi. Adı çəkiləndə qərbimizdə və cənubumuzda dik atılırlar. İndi o, hətta iki dostu üz-üzə qoyub. İran və Rusiyanın sözü bu dəfə çəp düşüb. Qulağa təəccüblü gəlir, deyilmi? İki müttəfiq necə üz-üzə gələ bilər? Mövzu Zəngəzur dəhlizidirsə, gələ bilərmiş. Biri deyir açaq, digəri deyir nəbadə”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İTV-nin “Yekun Xəbər” proqramında yer alıb.

Aparıcı qeyd edib ki, bu həftə Rusiyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı:

“Səbəb Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlaması idi. Lavrov son günlər 10 noyabr bəyanatında kommunikasiyaların açılması ilə bağlı bəndi tez-tez xatırladır. Düzdür, Lavrov bəzən Qarabağ məsələsini Ermənistan özü həll edib deməklə həddini aşan açıqlamalar da verir. Bu həftə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dediyi kimi. Bu o mənaya gəlir ki, Qarabağı itirməyin öz cəzandır, çək, Ermənistan. Rusiyada çoxları Qarabağı Ermənistanın itirməsindən yox, Rusiyanın əlindən çıxmasından narahatdır. Vardanyan planı timsalında Qarabağda nələr yaşandığını xatırlatmağa ehtiyac yoxdur. Hər bir halda bunlar artıq arxada qalıb. İndi Rusiya ilə Azərbaycan arasında münasibətlər daha yüksək səviyyədədir. Lavrov kimilərin anlaşılmayan açıqlamaları olmasa”.

Bizim.Media

Seçilən
94
50
bizim.media

10Mənbələr