"Medial Dental" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, MMC barədə İnzibati Xətalar Məcəlləsnin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Əmirəliyevin icraatına verilib.
Protokol təsdiq olunsa, MMC 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə