AZ

"Prosedur zamanı şoka düşdü" - Masajda ölən iki yaşlı uşağın atası

Bu gün Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin atası danışıb.

Ucnoqta.az bildirir ki, Shownews.az-ın xəbərinə görə, uşağın atası Emin Qubadlı bildirib ki, uşaq axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar.

"Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradıb. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü".

Seçilən
14
5
ucnoqta.az

10Mənbələr