AZ

Rusiya doğuş kollapsına doğru addımlayuır - Doğum səviyyəsində daha bir antirekord qeydə alınıb

Rusiya Federasiyası Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk altı ayında yeni doğulanların sayı 2023-cü ilin birinci yarısı ilə müqayisədə 16,6 min nəfər azalıb.Rusiya mediası xəbər verir ki, bir il əvvəl Rusiyanın müasir tarixində doğum səviyyəsinə görə antirekord qeydə alınıb.2024-cü ilin iyun ayında rusiyalı gənclərin sayı daha 6% azalıb. Ölkədə 98,6 min körpə doğulub. Bu rəqəm ilk dəfə olaraq 100.000 doğumdan aşağı düşüb.2024-cü ildə Rusiya əhalisinin təbii azalması daha da sürətlənib. Bir neçə ildir ki, ölkədə əhalinin azalması yavaş templə davam edirdi.Buna qədər ekspertlər demoqrafik balansın 3-dən artıq övlad sahibi olmaq istəyən miqrantlar tərəfindən qorunduğunu qeyd edirdilər. Ancaq bu il minlərlə leqal və qeyri-leqal miqrantın Rusiyadan qovulması, eləcə də Rusiyaya yerləşmək istəyən yeni miqrantlara əngəl yaradılması bu kimi statistikaların göstəricilərinə mənfi təsir göstərir.
 

Facebook-da paylaş

Seçilən
49
35
dunyapress.info

10Mənbələr