AZ

“Bu idman növləri islamda haram sayılır” – İlahiyyatçıdan qalmaqallı AÇIQLAMA

Özünü islam ölkəsi adlandırılan bəzi dövlətlərdə idmana tam fərqli yanaşma var. Həmin ölkələrin bəzilərində bir çox idman növü qadağan edilir. Məsələn bir müddət əvvəl, Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı ölkəfə qarışıq döyüş növləri (MMA) ilə məşğul olmağı qadağan edən sənəd imzalayıb.

Sənəddə qeyd olunub ki, qarışıq döyüş növləri insan orqanizmində sağalması mümkün olmayan fəsadlara və ölümlə nəticələnən hallarla müşahidə oluna bilər ki, bu da islam şəriətinə görə qəbuledilməzdir.

Doğrudanmı, islam bir çox idman növlərini qadağan edir?
 

MÖVZU İLƏ BAĞLI:

13 rəqəminin uğursuzluğu, qara pişiyin “bədbəxtlik gətirməsi... – Batil inanclar nədən QAYNAQLANIR?


Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, islamda olan qadağalar insanların mənəvi və fiziki sağlamlığı üçündür:

“Bəzi idman növlərinə qadağa var. Hansı ki, o oyunlar üzərindən mərclər qurulur, ehtiraslar qızışdırılır. Ona görə də həmin idman növü haram sayılır. Amma hansı idman növü insanın zehni və fiziki inkişafına kömək edirsə, həmin idman növü təşviq və təqdir edilir. Məsələn, şahmat islam dünyasında geniş yayılıb. Çünki bu oyun insanlarda intusiyanı, yaddaşı gücləndirir, zehni inkişaf etdirir. 

Amma elə idman növləri var ki, onlar həm də insanların fiziki sağlamlığı üçün risklər yaradır. Bu da tamamilə doğrudur və insani addımdır.

Məsələn, boks və qaydasız döyüş islam dininə görə haramdır. İnsan sağlamlığı üçün ciddi təhlükə yaradır. Eyni zamanda xoruz döyüşdürmək, it boğuşdurmaq da dinimizdə yasaqdır. Ümumiyyətlə, insan və ya heyvanları incidib üzərindən qazanc əldə etmək haramdır”. 

Müsahibimiz onu da qeyd edib ki, boks qədim yunanlarda meydana gəlib:

“Tamaşaçılar qarşısında iki nəfərin biri ölüncəyə qədər döyülməsi uzun müddət idman növləri arasına salınmayıb. Sonradan boksun digər növləri də meydana gəlib. Bu beyinə ciddi zərər vurduğu, qeyri-insani fəaliyyət olduğu üçün təhlükəli və zərərli vərdişdir.

Aikido, Karate - bütün növləri ilə (Şotokan, Qoju-ryu, Ueçi-ryu,Vado-ryu, Şorin-ryu, Kyokuşin, Şito-ryu, Aşihara, Şito-ryu, Enşin) güləş - bütün növləri ilə pəhləvanlıq, üzgüçülük, atıcılıq, futbol, voleybol, həndbol, basketbol, gimnastika kimi idman növləri ilə məşğul olmaq normaldır və dinin buna münasibəti müsbətdir. 

Hərçənd ki, bəzi mühafizəkarlar karatedəki təzim etmə kimi bəzi ritualları dinə müxalif hesab edirlər. Karatenin yaranma tarixi və fəlsəfəsinin buddizmlə əlaqəli olduğu məlumdur. Fəqət buna baxmayaraq döyüş və idman növü kimi istifadə olunmasında bir problem yoxdur. 


Ancaq bunlardan hər hansı biri əgər sağlamlıq üçün az da olsa təhlükə yaradarsa, yarış, döyüş və qələbə xatirinə onunla məşğul olmaq tövsiyə olunmur. İdman hər şeydən öncə sağlamlığa faydalı olmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media


 

Seçilən
101
7
bizim.media

7Mənbələr