AZ

Bakı metrosunda HADİSƏ

"Qara Qarayev" stansiyasında sərnişin vaqon qapısının qəza açılıb-bağlanma kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə nəticəsində Yaşıl və Qırmızı xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib. Maşinistin doğru qərar verdiyi məlum olub. Həmin sərnişinin heç bir zərurət olmadan müdaxilə etdiyi kranın diyircəyi sıradan çıxıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
35
news24.az

10Mənbələr