AZ

Milli Kitabxanada "Professor İsrafil İsrafilov" adlı kitab sərgisi istifadəçilərə təqdim olunub 

İsrafil Ramazan oğlu İsrafilov 1949-cu ilin sentyabr ayının 10-da Bakı şəhərində anadan olub.Teatr sənətinin elmi-nəzəri məsələləri, teatr prosesinin təşkilatçısı və əsas siması olan rejissuranın ictimai-estetik funksiyaları, onun yaradıcı mövqeyi və mahiyyəti, fəaliyyət miqyası, milli və dünya teatr prosesi mövzusunda çoxsaylı tədqiqatların, "Həyatın səhnəsi, səhnənin həyatı", "Düşündüklərim", "Zaman. Rejissor. Poetika", "Ədil İsgəndərovun teatrı", "Mehdi Məmmədovun rejissor sənəti", "Sən nə üçün yaşayırsan?" (rus dilində)  adlı monoqrafiyaların müəllifidir."Azərbaycan milli rejissor sənətinin poetikası" kitabı mütəxəssislər tərəfindən teatr nəzəriyyəsi sahəsində sanballı elmi tədqiqat əsəri kimi qəbul edilib.Ayrı-ayrı illərdə "Qızıl qələm", "Qızıl dərviş", "Humay" mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb.Elmi-tədqiqat işləri ilə yanaşı uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, bu sahədə müvafiq proqramların, metodik vəsaitlərin və dərsliklərin müəllifidir.9 may 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar İncəsənət Xadimi" fəxri adı ilə təltif olunub.Milli Kitabxanada İsrafil İsrafilovun yubileyi munasibətilə “Professor  İsrafil İsrafilov” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.Sərgidə müəllifi olduğu əsərlər, tərtib və redaktə etdiyi kitablar Azərbaycan və rus dillərdə ədəbiyyatlar nümayiş olunur.Sərgi 1 fəftə davam edəcək.Faktinfo.azBirinci məlumatlanmaq üçün facebook səhifəmizi

Seçilən
67
2
faktinfo.az

4Mənbələr