Sumqayıtda qətl törətməkdə şübhəli bilinən Quliyev Seymur Şahmar oğlunun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Hökmə əsasən, Seymur Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 10-də saat 02 radələrində Sumqayıt şəhərində baş verib. 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cu il təvəllüdlü Quliyev Seymur Şahmar oğlu saxlanılıb.
Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Əvvəllər məhkumluq həyatı yaşayan Həsənalı Piriyevin Seymur Quliyevə 300 manat borcu olub.
S.Quliyev dəfələrlə H.Piriyevdən borcunu qaytarmasını istəyib. Hadisə törədiləndən bir neçə saat öncə H.Piriyev tanışı ilə S.Quliyevin yanına gedərək məsələni həll etmək etmək istədiyini deyib. Bu zaman mübahisə yaranıb, nəticədə H.Piriyev bıçaqlanıb.
H.Piriyev qayınanasının evinə doğru gedərkən küçədə keçinib.