AZ

Əhmədin məhkəməsi tıxaca görə təxirə salındı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçirilməli idi. 

"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxs tıxac səbəbindən məhkəməyə vaxtında gətirilməyib.

Bu səbəbdən onun məhkəməsi oktyabrın 8-nə qədər təxirə salınıb.

Xatırladaq ki, 1999-cu il təvəllüdlü Ə.Əhmədov bu ilin fevral ayının 13-də aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinir.

Hadisədən bir gün sonra Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib.

Ə.Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.

Seymur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
50
unikal.az

10Mənbələr