AZ

Bəzi şikayətlər araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib

Mərkəzi Seçki Komissiyası daxil olan bəzi şikayətləri araşdırılması üçün dairə seçki komissiyalarına, müddəti keçmiş şikayətləri isə ərizəçiyə geri göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK üzvlərinin təqdimatına əsasən, 69 saylı Biləsuvar seçki dairəsindən daxil olan müraciət müəəyən edilmiş vaxtı keçdiyindən ərizəçiyə geri qaytarılıb.

Bununla yanaşı, 11 saylı Binəqədi-Qaradağ, 120 saylı Cəbrayıl-Qubadlı və 31 saylı Suraxanı ikinci seçki dairəsi haqqında şikayətlərin hər biri araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib.

Seçilən
5
5
bakivaxti.az

9Mənbələr